Xalq artisti Mənsum İbrahimov Xalq artisti Röya Ayxanın Moskvadakı terror hadisəsi zamanı yaxınlıqda olmasından və konsertinin təxirə düşməsindən danışıb.
Metbuat.az xəbər verir ki, bu barədə xanəndə “Tarixin bir günü” verilişində açıqlama verib. İbrahimov estrada ulduzuna keçmiş olsun diləklərini çatdırıb:
“Röyanı və komandasını salamlayıram. Keçmiş olsun deyirəm. Röya estradamızın düzgün ulduzudu. Əvvəl gündən hamı bilir ki, onu dəstəkləmişəm. Sənətini də sevirəm, özünü də”.