Bir müddətdir ucuzlaşan kriptovalyutalar yenidən yüksəlməyə başlayıb.
Metbuat.az “Coinshares”ə istinadla xəbər verir ki, nəticədə kriptovalyuta bazarının ümumi dəyəri 4,81 faiz artıb.
Bitkoin son 24 saat ərzində 5,79 faiz bahalaşaraq 70 984 dollar olub. İkinci ən populyar kriptovalyuta Ethereum 5,61 faiz bahalaşaraq 3661 dollar olub. Kriptovalyuta bazarının ümumi dəyəri 2,68 trilyon dollara çatıb.
Qeyd edək ki, “Coinshares” tərəfindən paylaşılan məlumatlara görə, keçən həftə qlobal kriptovalyuta fondlarından 942 milyon dollar ayrılıb. 7 həftə ərzində kriptovalyuta ilə əlaqəli fondlara 12 milyard dollardan çox vəsait daxil olub. Bu da kriptovalyutaların rekord səviyyədə qiymətinin qalxmasına səbəb olub.