"Barselona" ulduz futbolçunu "Real"ın əlindən aldı

“Real Madrid”in transfer etmək istədiyi Coşua Kimmix “Barselona”ya razılıq verib.

Metbuat.az xəbər verir ki, “Barselona” futbolçunu transfer pulu ödəmədən heyətinə qatmaq istəyir. İspaniya mətbuatında yer alan xəbərə görə, "Barselona" mövsümün sonunda "Bavariya"da çıxış edən alman futbolçu Coşua Kimmixi transfer etmək üçün cəhd etməyəcək. "Barselona" futbolçunun müqaviləsinin başa çatmasını gözləyəcək.

Bildirilir ki futbolçunun “Bavariya” ilə müqaviləsi 2025-ci ildə başa çatacaq. “Barselona” Kimmixi pulsuz alacağı təqdirdə ona istədiyi məvacibi verəcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR