Braziliyada ovçular tərəfindən dünyanın ən böyük ilanı öldürülüb.
Metbuat.az "The Sun"a istinadən xəbər verir ki, ilanın qalıqları Formoso çayında tapılıb. Onun güllələnərək öldürüldüyü iddia edilib.
"Ana Julia" ləqəbli ilanın uzunluğu 8 metr idi. Holland tədqiqatçı Frik Vonk anakondanı öldürənləri tənqid edib və bildirib ki, ilanın nədən ölməsi ilə bağlı rəsmi məlumat yoxdur.