Astroloqların proqnozlarına görə, qarşıdan gələn Aprel ayı olduqca gərgin bir ay olacaq.
Metbuat.az xarici mediyaya istinadla xəbər verir ki, bir ay ərzində davam edəcək Merkuri retroqradı nəticəsində bütün vacib məsələlər dayana bilər. Yəni, yeni bir işə başlamaqdansa, əvvəllər başlamış cari işlərlə, rutinlə məşğul olmaq daha yaxşıdır.
Aprel Tərəzi bürcünə dinamika gətirəcək. Keçmişdə olan insanlarla qarşılaşa bilərsiniz. Uzun illərdir bağışlaya bilmədiyiniz birini bağışlamaq sizi daha çox rahatlada bilər.
Əqrəblər Aprel ayında yeni və perspektivli işlər görmək barədə düşünəcəklər. Astroloqların məsləhətinə görə, indiki şəraitdən qaçmaq çətindir. Kəskin dəyişikliklər tövsiyə edilmir. Aprel ayında ən yaxşı qərar sağlamlığınıza diqqət yetirmək, müayinə və profilaktik tədbirlər görmək olar. Sinir sisteminizə diqqət yetirin, əks halda köhnə yaralar dərinləşə bilər.
Aprel ayında Oxatanlar üçün nikbin proqnozlar verilir. Yaxınlarınıza xüsusi diqqət yetirin. Həftədə bir gün onlarla birlikdə istirahət edib.Bu diqqət ayırdığınız zaman sizə geri dönüşü möhtəşəm olacaqdır.