Ulduz futbolçu üsyan bayrağını qaldırdı - "Real"a getmək istəyir

Alfonso Davies və “Bavariya” arasında gərginlik davam edir.

Metbuat.az xəbər verir ki, “Bavariya” futbolçuya müqavilə təklif etsə də, rədd cavabı alıb. Futbolçunun meneceri bildirib ki, gələn il kluba yeni məşqçi gələcək. Ona görə də onlar hələlik yeni müqavilə imzalamaq istəmir. Məşhur insayder Fabrizio Romanonun xəbərinə görə, Alpfonso Davies “Bavariya” ilə yeni müqavilə imzalamayacaq. Futbolçunun “Real Madrid”ə transfer olmaq istədiyi irəli sürülür.

"Real Madrid"in sol cinah müdafiəçisi ilə maraqlandığı və müqaviləsini uzatmayacağı təqdirdə mövsümün sonunda onu transfer edəcəyi bildirilir. Alfonso Daviesin müqaviləsi gələn mövsümün sonunda başa çatır. “Bavariya” onu pulsuz buraxmamaq üçün bu mövsüm satmalıdır. Bu mövsüm Bundesliqada 21 matça çıxan və 1484 dəqiqə meydanda olan Alfonso Davies 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı