"Xiaomi"nin ilk elektrikli avtomobili bu qiymətə olacaq - FOTO

Çinin ağıllı telefon istehsalçısı "Xiaomi" yeni sport elektrikli avtomobili təqdim edib. Bununla da, şirkət hazırda rəqabətin yüksəliş dövrünü yaşadığı elektrikli avtomobil bazarına girmiş olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Xiaomi" SEO-su və qurucusu Lei Jun təqdimatda Standart "SU7" modelinin 29 min dollara satılacağını deyib. Pro və Maksimum modellər isə müvafiq olaraq 34 min və 41 min dollara təklif ediləcək.

Lei Jun təqdimatda xüsusi olaraq standart "SU7" modelinin "Tesla"nın "Model 3"ndən 4 min dollar ucuz olduğunu vurğulayıb. Qeyd edək ki, "Tesla"nın sözügedən modeli Çində 34 min dollara satılır. O deyib ki, "SU7" modeli bu ilin sonuna qədər Çinin 39 şəhərində 211 mağazada satışa çıxarılacaq.

Eyni zamanda "Xiaomi" rəhbəri bildirib ki, "Porsche"nin "Taycan" və "Panamera" modelləri ilə müqayisə edilən "SU7" bir çox xüsusiyyətləri ilə "Tesla" və "Porsche"ni qabağlayır.

Təqdimatdan sonra artıq "SU7" üçün sifarişlərin alınmasına başlanıldığı açıqlanıb. İlk 27 dəqiqədə 50 min sifariş alındığı bildirilir. Standart və Maksimum modellərin təslimi aprelin sonunda, Pro modellərin təslimi isə may ayının sonunda başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR