Qəzəbdən uğura yüksəliş: "Lamborghini"nin uğur hekayəsi - FOTOLAR

Dünyanın məşhur avtomobil markası olan Lamborghini ən bahalı olmaqla bərabər, həm də ən yaxşı idman avtomobilləri sırasında birinci yerdədir.

Metbuat.az "Lamborghini"nin uğur hekayəsini təqdim edir:


Traktor istehsal edən kəndçi Ferrucionun ideyaları böyük idi. Maşınlara maraq göstərən Ferrucio "Ferrari"dən istifadə edirdi. Amma tez-tez maşında yaranan problem onu səbəblərə yönəltməli oldu. Hətta bu barədə Enzo Ferrari ilə danışmaq istəsə də yaşlı Ferrari onu traktorları ilə məşqul olmaq barədə xəbərdarlıq edir. Artıq bu cavab kifayət edir ki, Ferrucio Ferrarini ötüb keçəcək həmin o maşını "Lamborghini" istehsal etsin.

Həyatda tək övladına belə zaman ayırmaq üçün vaxt tapa bilməyən Ferrucionun yeganə arzusu möhtəşəm "Lamborghini" dizayn edib avtomobil dünyasına təqdim etmək olub. Bu arzu gerçəkləşir. 1963-cü ildə əfsanəvi Lamborghini 350GT avtomobili yaratdı.Daha sonra Ferrari markasının təcrübəli mühəndislərinidə özüylə işləməyə cəlb etdi.

İtalyan avtomobil istehsalçısı Lamborghini tərəfindən 1966-1973-cü illər arasında istehsal edilən möhtəşəm turer avtomobil modeli isə "Lamborghini Miura"dır.Miura dizaynda qabaqcıldır. Bu, ilk orta mühərrikli iki oturacaqlı super performanslı idman avtomobilidir. Bu marka məşhur öküz yetişdiricisi Don Eduardo Miuranın şərəfinə adlandırılmışdır.

1971-ci ildə Miura P400SV əvvəlcə xüsusi sifarişli avtomobil kimi satışa çıxarıldı. Daha kök 15 düymlük təkər və təkərlərə uyğunlaşmaq üçün alovlandırılmış arxa qanadlar, yenidən işlənmiş arxa işıqlar, yeni burun dizaynı, açılan fənərlərin ətrafında "kirpikləri" olan bu model 365 at gücünə malikdir.

Qeyd edək ki, Giorgetto Giugiaro və Marcello Gandini kimi məşhur dizaynçılar ilə işləyən "Lamborghini", ardıcıl çıxarılan bütün avtomobillər arasında ən bahalı, ən güclü yol avtomobillərini təmsil etmişdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı