ABŞ-da səsdən sürətli təyyarə təqdim edildi - FOTOLAR

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və Amerikanın “Lockheed Martin” hərbi-sənaye korporasiyası eksperimental səsdən sürətli X-59 təyyarəsini təqdim ediblər.

Metbuat.az-ın məlumatına görə, Lockheed Martin zavodunda keçirilən mərasim NASA-nın internet saytında yayımlanıb.

Departamentdən bildiriblər ki, "X-59" prototip deyil, eksperimental təyyarədir. Bu imkanlar nəticəsində ondan gələcək nəsillərinin inkişafı üçün məlumat toplamağa şərait yaranacaq. Təqdim olunan xüsusiyyətlərə görə, təxminən 30 m uzunluğunda, qanadlarının genişliyi 9 m-ə yaxın olan təyyarə səs sürətindən yüksək olan 1488 km/saat sürətə qədər çata bilir. Qeyd olunub ki,X-59 səyahət tərzini dəyişməklə bərabər məsafələri tez bir zamanda qət etməyə kömək edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı