“Crocus City Hall”dakı hadisə ilə bağlı növbəti iddia: “Rusiya öz xalqına qarşı...”

Martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 139 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalanacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılan məlumata görə, Rusiya “Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar qisas almağa çalışacaq.

Metbuat.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, hazırda bu məsələ ilə bağlı ciddi informasiya çirkliliyi yaranıb:

“İndi elə bir böhranlı vəziyyət yaranıb ki, hamı çalışır bunu öz xeyrinə istifadə etsin. Dediyim kimi, ümumiyyətlə, hadisələrin özü ilə bağlı müxtəlif versiyalar var. Həmin versiyalar arasında Ukrayna, ABŞ, İŞİD hətta Rusiyanın özü belə var.

Məsələn, ehtimallar arasında Rusiyanın xalqını Ukraynaya qarşı qəzəbi artırmaq, daha geniş hücumlar üçün belə bir addım ata bilməsi də var. Ümumiyyətlə, düşünürəm ki, Rusiya bu hadisələrin qazanclı çıxdı . Hadisədən sonra Rusiyaya qarşı düşmən mövqedə olan güclərin hamısı - NATO, Avropa İttifaqı Putinə başsağlığı verib, bunu terror aktı kimi qiymətləndirdilər. İndiki anda bu Moskva üçün hava, su kimi lazım idi. Ona görə də bu hadisənin birbaşa Rusiyanın özü tərəfindən edilməsi də istisna deyil”.

Ekspert tarixə nəzərən belə faktların çox olduğunu xatırladaraq qeyd edib ki, imperialist dövlətlər siyasi ambisiyaları naminə bu tip addımlar çox atıblar:

“Crocus”da saat yarım ərzində hadisə törədilsə də, hadisəyə müdaxilə gecikib. Terrorçuların içəriyə girişinə də müdaxilə edilməyib. Bəs, oradakı hüquq mühafizə orqanları nə işlə məşğuldu? Necə oldu ki, Terrorçular bütün ölkə boyu gəzdikdən sonra Ukrayna sərhədində tutuldular? Görünür, Rusiya tələsir hadisəni Ukraynanın, İŞİD-in boynuna atmağa çalışır. Düşünürəm ki, bunun nəticəsində ya İŞİD-ə, ya da Ukraynaya qarşı genişmiqyaslı əməliyyat başlayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı