Unibank KB rəhbərliyinin qərarı ilə Yaşar Kərimov Pərakəndə biznes üzrə Baş inzibatçı vəzifəsinə təyin olunub.
O, bu təyinatadək “Yelo Bank”da İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Yaşar Kərimov bank sahəsində 20 illik təcrübəyə malikdir və uzun müddət müxtəlif banklarda pərakəndə bankçılıq, biznesin inkişafı və marketinq, o cümlədən informasiya texnologiyaları sahəsində rəhbər vəzifələrdə çalışıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq” ixtisası üzrə bakalavr və magistr təhsili alıb.