İrəvan sərhədə qoşun yığır - "Genişmiqyaslı təxribatlar ola bilər"

"Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinə silah, texnika, zirehli vasitələr və şəxsi heyət toplaması gələcək mümkün təxribatlardan xəbər verir. Bu, Azərbaycan və Ermənistan arasında formalaşmaqda olan sülhə kifayət qədər ciddi mənfi təsir göstərəcək".

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, bu fəaliyyətlər qətiyyən Ermənistanın dövlət maraqlarına uyğun gəlmir. Əksinə, indiyə qədər baş verən təxribatlar zamanı Ermənistan kifayət qədər ciddi və sarsıdıcı zərbələr alıb:

"Ermənistanın bu təxribatlar fonunda aprelin 1-dən may ayının 28-nə qədər geniş miqyaslı hərbi toplanışlar keçirməsi, 5 min nəfərə qədər ehtiyatda olan hərbiçiləri ordu sıralarına çağırması və bu çağırılanlar arasında da mühəndis, kəşfiyyat, artileriya üzrə mütəxəssislərin üstünlük təşkil etməsi, Ermənistanın növbəti təxribatlarının genişmiqyaslı ola biləcəyini irəli sürməyə imkan verir".

Ekspert qeyd edib ki, bu təxribatların iki əsas məqsədi var.

"Birincisi, Avropa İttifaqı və Qərbin maraqlarına uyğun olaraq Rusiya hərbi bazasını və sərhədçilərini ərazisindən çıxarmaq üçün Azərbaycanla təxribatlara başlamaq, sonra isə həm Azərbaycanı, həm də Rusiyanı bu təxribatlarda günahlandırmaq. İkincisi isə, Avropa və Qərbdən daha çox silah sursat və maliyyə vəsaiti əldə etmək".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı