Naqelsmann “Bavariya”ya qayıda bilər

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann “Bavariya”ya qayıda bilər.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, artıq Münhen klubunun idman direktoru Maks Eberllə 36 yaşlı məşqçi arasında telefon danışığı olub. Lakin “Bavariya”nın rəhbərliyində təmsil olunanların hamısı Naqelsmannın qayıdışının tərəfdarı deyil.

Qeyd edək ki, “Bavariya” hazırkı baş məşqçi Tomas Tuhelin cari mövsümün sonunda klubdan ayrılacağını bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı