Xəbər verdiyimiz kimi, Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən M.Zeynalov adına tam orta məktəbdə bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hadisəni törədən şagird saxlanılıb:
"Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiləri müvafiq tədbirlər nəticəsində Dəliməmmədli şəhərində yerləşən tam orta çəktəbin 11-ci sinif şahirdi A. Seyxovu bıçaqla xəsarət yetirən şəxsin sinif yoldaşı U. Tağıyev olması müəyyən edilib. Hazırda araşdırmalar davam etdirilir".
Seyranə Quliyeva / metbuat.az