Qalmaqallı oyuna görə cəzalar məlum oldu - RƏSMİ

"Trabzonspor" və “Fənərbaxça” klublarının məlum oyunda baş verənlərlə bağlı cəzaları müəyyənləşib.

Metbuat.az bildirir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi məlumat yayıb.

Qərara əsasən, “Fənərbaxça”nın 2 futbolçusu - Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyunluq cəza alıblar. Osayi Samuel isə cəza almayıb.

"Trabzonspor" klubu isə qarşıdakı 6 matçı azarkeşsiz keçirəcək. Komandanın məşqçisi Egemen Korkmaz 1 oyun texniki zonada olmayacaq.

Xatırladaq ki, Superliqanın 39-cu həftəsinin "Trabzonspor"-"Fənərbaxça" qarşılaşmasından sonra "sarı-lacivərdlilər" 3:2 hesablı qələbəyə sevinərkən meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı