Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənin sabiq xarici işlər naziri, hazırda Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Bakıya gəlir.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, M. Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti 3-5 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq.

Nümayəndə heyətinin səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcəyi gözlənilir. Həmçinin aprelin 4-ü Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı