Arda Ançelotti ilə mübahisə etdi - "Real"da gərginlik

“Atletik Bilbao" ilə oyundan sonra “Real Madrid”in futbolçusu Arda Gülerin baş məşqçi Karlo Ançelotti ilə müzakirə apardığı məlum olub.

Metbuat.az xəbər verir ki, tərəflər arasındakı danışıqların gərgin keçdiyi irəli sürülür. Bəzi mənbələr danışıqların mübahisə formasında olduğu irəli sürüb. Məlumata görə, Arda oyuna buraxmadığı üçün Ançelottiyə etiraz edib. Arda məşqçisinə “Karlo, mən adi oyunçu olmaq istəmirəm, uğurlu olmaq istəyirəm” deyə bildirib. Ançelottinin isə ona səbrli olmağı tövsiyyə etdiyi qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR