​Qazaxıstanlı işgüzar xanım Katerina İqonina ulduzu parlayanlardan oldu - FOTO

Qazaxıstanlı işgüzar xanım Katerina İqonina “Katika Beauty Clinic” estetik gözəllik və sağlamlıq mərkəzinin, “Katika Cosmetics” onlayn maqazininin və "Katika Showroom"un təsisçi və rəhbəridir.

Ali tibb təhsilli estet kosmetoloq Katerina İqonina üz görüntüsünün yaxşılaşdırılmasına aid bütün prosedurları uğurla icra edir. Sertifikatlı mütəxəssis davamlı olaraq təkmilləşdirmə kurslarında iştirak edərək biliklərini yeniləyir və genişləndirir ki, bu da onun peşəkar nəticələr əldə etməyinə kömək edir. Onun əsas fəaliyyəti üz dərisinin cavan və sağlam qalması üzərində cəmlənib. Hər bir xanıma individual yanaşan Katerina İqonina məşhur brendlərin dəbdəbəli kosmetik məhsulları ilə işləyir.

O eyni zamanda "SUPREME PHARMATESN" şirkətinin Rusiya, Qazaxıstan, Azərbaycan və digər ölkələrdə partnyoru və rəsmi nümayəndəsidir.

Katerina İqonina universitetinin tibb fakültəsini bitirdikdən sonra aparıcı plastik cərrah kimi rekonstruktiv əməliyyatlar həyata keçirməyi planlayır.

Katerina İqonina, 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Most Fashionable Business lady of The Year” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı