ANS PRESS-in məlumatına görə, Xalqların Demokratik Partiyasının (HDP) seçkiqabağı mitinqində baş verən iki partlayış zamanı 2 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb.
Partlayışlarla bağlı Türkiyə hökumətindən də açıqlama gəlib. Baş nazir Əhməd Davudoğlu bildirib ki, bu partlayışları hər kim həyata keçiribsə, cavab verəcək: "Transformator aprtlayıb, yoxsa sui-qəsddir? Bunu araşdırırıq. Nəticəni qısa müddətdə əldə edəcəyik".
Enerji və təbii sərvətlər naziri Taner Yıldız isə açıqlamasında bildirilib ki, transformator özbaşına partlamayıb, kənardan müdaxilə edilib.
Qeyd edək ki, Türkiyənin Diyarbəkir vilayətində Xalqların Demokratik Partiyasının (HDP) seçkiqabağı mitinqində iki partlayış baş verib. Yaralılar dərhal xəstəxanalara aparılıblar. İlkin ehtimal kimi bildirilir ki, mitinq zamanı transformator partlayıb.
Xatırladaq ki, Türkiyədə parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Xəbərin əvvəli bu linkdə - Türkiyədə partlayış, çox sayda yaralı var (VİDEO, FOTO)
















