İş yerlərinə sağlamlıq haqqında arayış aparmağa ehtiyac yoxdur - YENİLİK

Əmək və məşğulluq altsistemində yenilik edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, artıq müəssisələrə sağlamlıq haqqında arayış aparmağa ehtiyac yoxdur.

    “Bunun üçün vətəndaş sağlamlıq haqqında arayış almalı olduğu ərazi üzrə tibb bölməsinə yaxınlaşmalıdır. Müayinədən keçdikdən sonra vətəndaşın sağlamlıq haqqında arayışı avtomatik şəkildə Əmək və Məşğulluq altsisteminə də inteqrasiya edilir. Bura bütün işəgötürənlər daxildir”, - deyə məlumatda qeyd edilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı