Uzunömürlülüyün sirri bu imiş - Dietoloqlar açıqladı

“Uzunömürlülüyün sirri düzgün və balanslaşdırılmış pəhrizdədir"

Mətbuat az xəbər verir ki, bunu Rusiyanın Murmansk vilayətinin dietoloqları deyib.

Onların fikrincə, az, lakin tez-tez yemək daha faydalıdır.

Dietoloqlar bildirib ki, Pəhrizinizə göyərti, giləmeyvə, ət, balıq, qoz-fındıq, yumurta və süd məhsulları daxil etmək məsləhətdir.

"Yeməyi qaynatmaq və bişirməklə hazırlamağa çalışın. Gün ərzində dörd-beş dəfə, kiçik porsiyalarla qidalanmaq lazımdır”.

Onlar şəkərdən, konservləşdirilmiş və ya qızardılmış qidalardan, hisə verilmiş ətlərdən, yağlı ətlərdən, xəmir məhsulları və turşulardan imtina etməyi tövsiyə ediblər. Məsələ burasındadır ki, bu məhsullar tərkibində çox miqdarda duz, şəkər, sürətli karbohidratlar və trans yağlar olduğu üçün orqanizmə çox zərərlidir.

Həkimlər əlavə ediblər ki, kələm, çuğundur, pomidor, portağal, naringi və alma da uzunömürlülük şansını artırır. Pomidorda olan likopen xərçəng riskini azaldır, kələm və almada olan pektin isə sərbəst radikalları aradan qaldıraraq erkən yaşlanmanın qarşısını alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı