Astroloqların fikrincə, bu bürclər pula böyük əhəmiyyət verir. Kənardan pula can atan görünsələr də, dəyişməyə çalışmırlar. Bu bürclər bəzən həyatlarında olan insanlardan daha çox pula önəm verirlər.
Metbuat.az xarici mediaya istinadən həmin bürcləri təqdim edir:
Buğa - Pulu ən çox sevən ilk bürcdür və son dərəcə xəsis bürc kimi tanınır. Paylaşma duyğusundan məhrum olan Buğa, o qədər pulsevərdir ki, ona xəsis demək olar və bu xüsusiyyətini heç vaxt itirmir. Buğalar dəbdəbəni çox sevir və bu səbəbdən heç kimi yaxın buraxmırlar. Başqası onun xərcləmək istədiyi pulu yalnız özünə xərcləmək istəsə, qəzəblənə bilər. Buğa bürcündən olan insanlar sadəcə yaşamaq üçün pul qazanmırlar, dəbdəbəli və son dərəcə rahat həyat üçün pul qazanırlar və buna görə də tez pul qazanmağı bilirlər.
Oğlaq - Çox vaxt məqsədlərini hər şeydən üstün tutur, lakin bunu pul qazanmaq üçün edirlərsə, dərhal həyatlarında olan hər şeyi bir kənara qoyur və diqqətlərini bu məqsədə çatmağa yönəldirlər. Oğlaqlar pulu çox sevən, pula düşkün olan bürclərdir. Uğurlu bir insan görürsünüzsə, o adamın Oğlaq bürcü olması ehtimalı böyükdür. Oğlaqlar çox iddialı şəxslərdir, kiməsə borc verməkdən, kiməsə pul xərcləməkdən çəkinirlər.
Xərçəng - Son dərəcə həssas və emosional olan Xərçəng bürcü, pul məsələsində bütün emosional strukturlarını kənara itələyib qorxulu insana çevrilə bilər. Buğa bürcündən fərqli olaraq, pul xərcləməkdənsə, qənaət edib kənarda saxlamağa üstünlük verirlər. Bu şəkildə özlərini təhlükəsiz mühitdə hiss edən Xərçənglər sərmayələr haqqında son dərəcə məlumatlıdır və bu biliklərdən yaxşı istifadə edərək düzgün investisiyalar edirlər. Sevgililərinə qarşı səxavətli sayıla bilən Xərçəng bürcü, əslində bunun qarşılığında nəsə gözləyir və hesablayır. Xərçəng bürcü ən çox pula ehtiyacı olan bürclər sırasındadır.