Müharibə nüvə savaşına çevrilə bilər - AÇIQLAMA

"Gərginliyin həmişə artma ehtimalı var. Nəzərə alsaq ki, İranın İsrailə ilk birbaşa hücumudur. Netanyahu hökuməti də faktiki olaraq İranla müharibəyə başlamaq istəyir. Qərb koalisiyasını, Böyük Britaniya və Amerikanı yanına alıb, İrana qarşı hərbi əməliyyatlar həyata keçirmək istəyir. Bunun üçün də bəhanə axtarır".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. O bildirib ki, ABŞ İranla müharibənin qəti əleyhinədir:

"Onlar Netanyahu hökumətinin heç bir halda İranla müharibəyə başlamasını istəmirlər. Burada görünür ki, İran tərəfi də müəyyən qədər limitlər çərçivəsində addım atır.

Hücumdan sonra İran açıq şəkildə bildirdi ki, bu, İsrailin Dəməşqdəki İran konsulluğuna olan hücumun cavabıdır. Bundan sonra İsrail belə halları davam edərsə, İran çox qəti cavab verəcək. İran rəsmiləri bununla BMT-nin 51-ci maddəsinə əsasən özünü müdafiə üstünlüklərini sübut etdilər. Dünya ictimaiyyəti önündə hücumu davam etdirməyəcəklərini söz verdilər".

Politoloq qeyd edib ki, İsrail höküməti İrana yeni zərbələr endirərsə, münaqişə alovlana bilər:

"Sonunda nüvə müharibəsinə qədər gedə bilər. Nəzərə alsaq ki, İsraildə nüvə silahı var, həm də İran nüvə silahı üzərində işləyir. Ona görə bu münaqişənin davam etdirilməsi, regional sülhə mənfi təsir edə bilər və qlobal nüvə müharibəsinə çevrilə bilər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı