Xavi məğlubiyyətə görə hakimi tənqid etdi

“Barselona”nın baş məşqçisi Xavi Hernandez Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyununda PSJ-yə 1-4 hesabı ilə məğlub olduqları matç barədə danışıb.

Metbuat.az xəbər verir ki, o məğlubiyyətə görə, hakimi tənqid edib. Xavi Arauxuya verilən qırmızı vərəqənin doğru qərar olmadığını ifadə edib.

“Bugünkü futbolla 11 nəfərə qarşı 10 nəfərlə oynamaq mümkün deyil və məncə, qırmızı vərəqə haqsızlıq idi. Təəssüf ki, Çempionlar Liqamız hakim səhvi ucbatından bitdi. Bayaq hakimə idarəçiliyinin bərbad olduğunu dedim. Bu reallıqdır. Nə istəyirsizsə, deyin, amma mən bura gələndən hakim tərəfdən bəxtimiz gətirmir” - Xavi deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı