58 yaşlı Romario yaşıl meydanlara qayıdır

Braziliya millisinin əfsanəvi futbolçusu Romarionun adı prezidenti olduğu Rio-de-Janeyronun “Amerika” klubunun iştirak ərizəsinə salınıb.

Metbuat.az xəbər verir ki, 58 yaşlı Romario bildirib ki, o klubun heyətində bir neçə oyun keçirmək istəyir.

“İstəyirəm başa düşəsiniz ki, mən çempionluq uğrunda mübarizə aparmıram. Qəlbən bağlı olduğum klubun heyətində meydana çıxmaq istəyirəm. Bundan əlavə, daha bir arzumu həyata keçirmək - oğlumla eyni heyətdə oynamaq istəyirəm”, - deyə 58 yaşlı Romario bildirib.

Məlumat üçün əlavə edək ki, Romario 1994-cü ildə Braziliya millisinin heyətində Meksikada keçirilən çempionatda dünya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı