İran və İsrail arasında müharibə ola bilər?

"İsrail hərbi hava qüvvələrinin İran ərazisini vurması ilə bağlı məlumatlar yayılır. Buna səbəb bir neçə gün öncə, İranın İsrail ərazisinə raket və dronlarla hücum etməsidir. Bunun böyük müharibəyə gətirib çıxaracağı ehtimal olunmur".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, həm İsrail, həm də İran müharibənin olmasını istəmir:

"İsrail başa düşür ki, İranın terror qrupları yaxın Şərqdə çoxdur. İranla müharibənin başlanması, İsrail ərtafında olan İrana məxsus terror qrupları vasitəsilə növbəti zərbələrin endirilməsinə səbəb ola bilər. Hər nə qədər İsrail müdafiə qabiliyyətini artırsa da, İran həm HƏMAS, həm də Hizbullah vasitəsilə bunu həyata keçirə bilər".

Politoloqun sözlərinə görə, İran başa düşür ki, İsraillə toqquşma yaxın Şərqdə ona qarşı yeni cəbhənin açılması deməkdir:

"İsrail ABŞ ilə müttəfiqdir və bütün proseslərdə Amerika da iştirak edəcək. Bu da böyük qarşıdurmaya səbəb ola bilər. Digər bir tərəfdən isə Çin amili var. Çinin həm İranla, həm də İsrail ilə yaxın münasibətləri var. Ona görə, Çin belə bir müharibənin yaxın Şərqdə olmasını istəmir. Bu səbəblərdən belə hücumların müharibə həddinə çatacağı gözlənilmir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı