Sülhməramlılar Azərbaycandan buna görə tez çıxıb - DETALLAR

"Dünya və regional mətbuatda, “Rusiya Azərbaycandan nədən belə tez, və nisbətən rahat çıxdı?” sualına cavab axtarır. Cavab sadə deyil, hətta bir xətt üzrə də deyil, müxtəlif məsələlərin sintezindən doğub – qlobal trendlərlərlə yanaşı Azərbaycan və Türkiyənin sinxron davranışları, məncə, həlledici olub".

Metbuat.az bildirir ki, bu sözləri Natif Cəfərli deyib. Onun sözlərinə görə, sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxmasında iki amil rol oynayıb:

1) Azərbaycan dövlət TV-si anons yaydı, həbsdə olan terrorçu-separatistlərdən böyük bir müsahibə aldığını, onlar da, çox güman, sandığı açıb pambığı tökdüblər – illərdir Kremlin, Moskvanın Azərbaycana qarşı etdiklərini, separatizmə necə dəstək verdiklərini danışıblar, sənədlərlə sübut olunmuş faktlar ortalığa çıxıb. Sonra müsahibə efirə getmədi - əvəzində “rusməramlılar” ölkədən getdi, əgər bu şahmat gedişi rol oynayıbsa, bu məsələni düşünüb həyata keçirənlərə eşq olsun.

2) Rusiyanın çıxması ilə pararlel olaraq Ağdamda yerləşən Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin də bağlandığı elan olundu. Mənə elə gəlir ki, əgər Rusiya çıxmaq istəməsəydi, Türkiyə ilk olaraq elan edəcəkdi ki, bu missiyaya ehtiyac yoxdur, məsələlər bitib, biz bu müqaviləni, səbəblər aradan qalxdığına görə sonlandırırıq, ona görə də, biz çıxırıqsa, müavilə şərtlərinə görə ruslar da çıxmalıdr (halbuki hamımız bilirik ki, qardaş Türkiyə burdadır, burda da olacaq – söhbət o mərkəzi tərk etməkdən gedir). Bu zaman nə olacaqdı?! Bəli, faktiki olaraq ruslar, ən azı o mərkəzdən Türkiyənin təkidi ilə çıxmağa məcbur olduğu görünəcəkdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı