Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına reaksiya

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.

Metbuat.az xəbər verir ki, bununla bağlı Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toyvo Klaar “X”də paylaşım edib.

“Bu gün Ermənistan və Azərbaycan sərhəd komissiyalarının işi, hüquqi sənədlər və 1991-ci il Almatı sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər oldu. Aİ danışıqlar prosesini, hərtərəfli və dayanıqlı həll hədəfini tam dəstəkləyir” - , paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı