Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi başlandı

Yevlax rayon Qaraməmmədli kənd körpələr evi və uşaq bağçasında baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Metbuat.az-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 2020-2024-cü illlərdə bağçanın maddi bazası imkan vermədiyi halda, əlavə qrup təşkil olunmaqla qanunla nəzərdə tutulmayan vəzifələrdə çalışan işçilərə əməkhaqqı ödənilməsi, ərzaq məhsullarının əsassız olaraq məxaricə silinməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı