Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı

Qadın voleybolçular arasında Azərbaycan çempionatının final görüşü çərçivəsində keçirilən “Azərreyl” - "Abşeron" (3:1) görüşünün ardından təntənəli bağlanış mərasimi baş tutub.

Metbuat.az xəbər verir ki, qalib komandaları təbrik etmək üçün ilk öncəyə səhnəyə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dəvət olunub.

Ardınca Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov fəxri kürsüyə yaxınlaşıb. Kişilərdən ibarət "Neftçi" komandası və qadınların yarışında üçüncü yeri tutan "Murov Az Terminal" kollektivinə bürünc medallar təqdim olunub.

Kişi voleybolçuların yarışında "Murov Az Terminal", qadınlarda isə "Abşeron" ikinci yerə uyğun olaraq gümüş medala layiq görülüblər.

Son olaraq qadın və kişilər arasında keçirilən ölkə çempionatlarının qalibi olan "Azərreyl" komandası qızıl medal və kubokla təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı