Şəhid bacısının faciəvi sonu: Nişanlısının ölümünə dözmədi - FOTO

Xəbər verdiyimiz kimi, aprelin 22-də Qəbələnin Bum qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq həyatına son qoyub. Onun nişanlısı Qəbələnin Xırxatala kənd sakini 1991-ci il təvəllüdlü Rəşad Əlizadə bu ilin 16 martında Ağdaşda yük maşınlarının toqquşduğu ağır yol qəzasında həlak olmuşdu.

Metbuat.az bildirir ki, hadisə ilə bağlı ailə üzvləri Baku TV-yə danışıblar. Bacısı deyib ki, intihar edən Bəhruzə Quliyeva bundan öncə dərman ataraq canına qıymağa çalışıb, lakin onu xəstəxanaya çatdırmaq mümkün olub və söz verib ki, bir daha belə addım atmayacaq.

Qeyd edək ki, intihar edən Bəhruzə Quliyeva şəhid Bəhruz Quliyevin bacısıdır, adı da məhz onun şərəfinə qoyulub.

Ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı