Sabiq baş pediatrın ölümü ilə bağlı RƏSMİ MƏLUMAT

"1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır".

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Respublikanın keçmiş baş pediatrı Nəsib Quliyevin özünü evində ov tüfəngi ilə güllələdiyi bildirilir. Hadisə professorun Görədil qəsəbəsindəki evində baş verib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı