​“WhatsApp”a mesajlarla bağlı yeni funksiya gəlir

“WhatsApp” mesencerində vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq.

Metbuat.az xəbər verir ki, proqramda söhbətlər üçün “Sevimlilər” bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özündə əlavə edə bilərsiniz.

Yeni funksiya mühüm həmsöhbətlərdən gələn mesajları qaçırmamağa imkan verəcək.

Yeni funksiya növbəti proqram yeniləməsində Android əməliyyat sisteminə əsaslanan cihazlar üçün əlçatan olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR