Ermənistanda dörd gündür davam edən aksiyaları kim qızışdırır? - AÇIQLAMA

İrəvanın mərkəzində bir qrup dığa Qazaxın kəndlərinin qaytarılmasına etiraz edən Tavuş sakinlərinə dəstək aksiyası keçirib.

Sosial şəbəkələrin ermeni seqmentinin paylaşdığı görüntülərdə separatçılar “Tavuş”, “artsax” şüarları səsləndirərək separatçı rejimin əski parçasını qaldırmağa cəhd ediblər. Bildirilib ki, əraziyə dərhal polis qüvvələri cəlb edilərək aksiyaçılar uzaqlaşdırılıb, bəziləri isə həbs olunub.

Politoloq Samir Hümbətov məsələyə münasibət bildirib. O, Metbuat.az-a açıqlamasında deyib ki, Azərbaycanın anklav olmayan dörd kəndinin qaytarılması fonunda həmin və digər qalan kəndlərdə olan ermənilərin belə pərakəndə formada aksiya keçirməsi təsadüfi hal deyil:

“Görünür, Ermənistan hakimiyyətinin daxilində də bəzi çatlar mövcudur. Bu prosesi xarici ölkələrin agentura şəbəkəsi də sürətləndirir. Əsas məqsəd həmin ölkələrin burada marağının təmin olunmasıdır”.

Politoloq hesab edir ki, Ermənistan Azərbaycan münasibətlərinin pozulması tərəfdarı olanlar daxildə gərginlik yaratmaqla, sülh prosesinə gedən yola mane olmaq niyyəti güdürlər:

“Düşünürəm ki, hazırda İrəvanda gərginliyin digər səbəbi kəşfiyyat orqanlarına görədir. Bu vəziyyəti nəzarət altına almaq Ermənistan baş naziri Nikol Paşinyanın verəcəyi qərar əsasında mümkün ola bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı