Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olundu

Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anri noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransı - COP29-a dəvət olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Aİ yanındakı missiyanın rəhbəri Vaqif Sadıqov "X" hesabında bildirib.

    "Bu gün Lüksemburqun Böyük Hersoqunun müşaviri Mark Balteslə görüşərək Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Hersoq Əlahəzrət Anriyə noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət məktubunu təqdim etməkdən məmnun oldum", - diplomat paylaşımında qeyd edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı