Aprelin 29-da Baş prokuror ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, Kamran Əliyev qonağı salamlayaraq, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib. Kamran Əliyev ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində işğal dövründə ermənilərin xalqımızın tarixi, dini və mədəni abidələrinə qarşı törətdikləri vəhşiliklərin və onların fəsadlarının aradan qaldırılması istiqamətində Qarabağda aparılan sürətli quruculuq-bərpa işləri barədə qonağa məlumat verib.
Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən Muharrem Kılıç ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirib.
Görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Kamran Əliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO
Həmçinin oxu
İlham Əliyev Fərman imzaladı
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Prezidentin sosial media hesablarında paylaşım edildi - VİDEO
Bu gün
·
15:18
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTO / YENİLƏNİB
Bu gün
·
14:42
Milli Məclisin növbəti iclasının tarixi açıqlandı
Bu gün
·
13:44
“Aqrar sahə haqqında” qanun layihəsi I oxunuşda qəbul edildi
Bu gün
·
13:27
Top xəbərlər
Layihələr
Son xəbərlər
Şans qapıları açılır - 3 bürcün çarxı dönəcək
Bu gün
·
19:42
Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Bu gün
·
19:07
Aziz Yıldırımdan “Qalatasaray” derbisi barədə jest
Bu gün
·
19:05
Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı
Bu gün
·
18:05
“Belə sevgi olmur” - Anar Məcidzadənin şeirləri
Bu gün
·
17:28
Bu fənlər üzrə buraxılış və qəbul imtahanı proqramları təsdiqlənib
Bu gün
·
17:24
Tiktoker "İsican" həbs edildi
Bu gün
·
17:13
İngilis dili müəllimi qəfil vəfat etdi - FOTO
Bu gün
·
16:58
Mərkəzi Bankda yeni təyinat oldu
Bu gün
·
16:57
Piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
Bu gün
·
16:53
Azərbaycan şəkər idxalını artıb
Bu gün
·
16:49
Salyanda qəza oldu - Yaralananlar var / YENİLƏNİB
Bu gün
·
16:37
Azərbaycanda müəllim vəfat etdi - FOTO
Bu gün
·
16:27
Göyçayda oğurluq edən iki qohum saxlanıldı - FOTO
Bu gün
·
16:25
24 saatlıq reklam paylaşımından 700 min qazanır
Bu gün
·
16:22