Ançelotti ilə Peres arasında Keyn qalmaqalı - "Mbappedən əvvəl onu alın"

“Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin ötən mövsüm Harri Keyni istədiyi, lakin prezident Florentino Peresin bu transferə veto qoyduğu irəli sürülüb.

Metbuat.az xəbər verir ki, Ançelotti Kərim Benzemanın transferindən sonra Harri Keynin gəlməsini istəyib. “Relevo”nun məlumatına görə, Ançelotti Keynin adını transfer siyahısında Cud Bellinqhemdən də üstün tutub. Bununla belə, Florentino Perez Keynin transferinə veto qoyub. Bildirilir ki, Peres Kilian Mbappe ilə pulsuz transfer müqaviləsi imzalamaq istədiyi üçün Keynin transferinə veto qoyub.

Qeyd edək ki, ötən mövsüm Harri Keyn "Tottenhem"dən "Bavariya"ya 95 milyon avroya transfer olub. İngilis ulduz bu mövsüm yeni komandasında 42 matçda 42 qol vurub, 13 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı