Məşhur hücumçu tarixi klubun baş məşqçisi olur

Hollandiya millisinin sabiq hücumçusu Robin van Persi ölkəsinin “Herenven” klubunu çalışdıracaq.

Metbuat.az xəbər verir ki, tərəflər 2 illik müqavilə imzalayacaqlar.

40 yaşlı veteran futbolçu bu postda Kes van Vondereni əvəzləyəcək. “Herenven” Hollandiya çempionatında sona 3 tur qalmış 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Robin van Persi “Feyenoord”, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbağça” klublarının şərəfini qoruyub. Məşqçi kimi “Feyenoord”un gənclərdən ibarət komandasını çalışdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı