Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üçün (COP29) qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunun üçün xüsusi COP29 viza müraciət prosesi tətbiq olunacaq.

Bu barədə yaxın zamanlarda məlumatın elan edilməsi gözlənilir.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29 ev sahibliyi edəcək.

Konfrans Bakı Olimpiya stadionunda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı