BŞİH-dən Milli Şuranın mitinqlə bağlı müraciətinə CAVAB

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

Metbuat.az xəbər verir ki, meriya mitinqin keçirilməsini məqbul saymayıb.

      Qeyd edilib ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci ünvanda yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda metronun 28 May və Nəriman Nərimanov stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəbə olacaq.

      BŞİH göstərilənləri, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsini nəzərə alaraq 5 may 2024-cü il tarixində planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.


      Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
      0552252950 (Whatsapp)

      BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

      Media Savadlılığı