Bakıda əcnəbilərə dələduzluq edən hindistanlı tutuldu - VİDEO

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb.

Metbuat.az xəbər verir ki, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, təhsil almaq məqsədilə Azərbaycan Respublikasının ərazisinə gəlmiş 5 nəfər Şri-lanka vətəndaşına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Hindistan vətəndaşı 1973-cü il təvəllüdlü Mishra Prashant saxlanılıb. Araşdırmalarla məlum olub, M.Prashant guya zərərçəkənlərə Bakı şəhərində yerləşən özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmalarına köməklik edəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb. Şri-Lanka vətəndaşları Bakı şəhərinə gələndən sonra isə saxlanılan şəxs onların sənədlərini ələ keçirərək hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib.

    Xarici ölkə vətəndaşlarına qarşı qeyd olunan qanunazidd əməlləri törəkməkdə şübhəli bilinən M.Prashant barəsində araşdırmalar davam etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı