Deyirdilər gəlinim ermənidir - Elmar Məmmədyarov

"Mənə qarşı kampaniya var idi, özü də bilirəm ki, bunun arxasında kim dayanırdı".

Metbuat.az xəbər verir ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Modern.az”a müsahibəsində övladlarının illər əvvəl Nyu-Yorkda 2 bahalı mənzil alması ilə bağlı xəbərə münasibət bildirərkən deyib:

“Onu deyən şəxslər bilmir ki, Amerika bank sistemi necə işləyir. Hansı bankla əməliyyat etmişəm, yazışmaların hamısı var. Evdə bununla bağlı 5 kiloqrama yaxın sənəd var, hamısını saxlayıram. Ona görə də mən rahatam. Bu, mənə qarşı kampaniya idi, özü də bilirəm ki bunun arxasında kim dayanırdı. Amma bu böhtanların heç biri mənə dəymir, mən elə şeylərə fikir vermirəm. Mənim yazıq gəlinimi erməni eləmişdilər. Atası italyan, anası irlandiyalı, özü amerikandı. Başa düşmürdü, deyirdi ki, mənim üstümə niyə düşüblər?”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı