Türk lirəsi daha da ucuzlaşacaq? - PROQNOZ

1 dolların 30-35 lirə arasında qalacağı gözlənilir.

Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov deyib. O bildirib ki, türk lirəsi ilə bağlı aparılan islahatlar müəyyən dərəcədə nəticəsini verir:

"Mənfi valyuta rezervi azalmaqdadır, yəni rezerv artır. Dolların kəskin bahalaşmasının qarşısını alınıb və tədbirlər davam edir. Qarşıdan turizm mövsümü və kənd təsərrüfatı mövsümü gəlir, bu, Türkiyə üçün müsbət amildir. Ona görə də, lirənin 30-35 ətrafında qalacağı gözlənilir".

Rublun bu il üçün gözlənilən taleyi barədə danışan iqtisadçı vurğulayıb ki, artıq Rusiya iqtisadiyyatı müharibə dövrünə adaptasiya oldu:

"Düzdür sanksiyalar artır, Rusiya iqtisadiyyatında çətinliklər özünü göstərir. Bu problemlər köklü problemlərdir, amma özünü tədricən göstərən problemlərdir və Rusiya humanitar siyasətdə nisbətən özünü idarə edə bilir. Amma istehsalatda ciddi problemlər var. 1 dolların bu il 85-95 rubl arasında qalacağı gözlənilir, əgər ciddi bir geosiyasi hadisə olmasa".

Cavidan Mirzəzadə \ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı