Hacıqabulda 17 yaşlı qız qızılcadan öldü

Hacıqabul sakini olan 17 yaşlı qız qızılcadan ölüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Hacıqabul rayonunun İkinci Udulu sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı gecə saatlarında qızılca diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağırlaşan A. Qarayeva Bakıya aparılarkən yolda ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR