[ 06 İyun 2015 11:48 ]



Bakı. Məlahət Nəcəfova - APA. ATƏT-in Bakıdakı layihə koordinatorluğu Azərbaycan Xarici İşlər Nazirliyindən layihə koordinatorluğunun fəaliyyətinin dayandırılması ilə bağlı nota alıb.

Bu barədə APA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.

“Biz bu barədə notanı qəbul etmişik və nota nəzərən keçirilir”, - deyə məlumatda qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi ilə hələlik məsələ ilə bağlı açıqlama verməyib.