Prezident şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışdı

Mayın 10-da Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinllərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində şəhərdəki tarixi abidələrin bərpasından danışıb.

Metbuat.az xəbər verir ki, dövlət başçısı bu gün Şirinsu hamamının əsaslı təmirdən sonra açıldığını bildirib. Həmçinin Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrə olduğunu deyən Prezident qeyd edib: “Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü yenə də əvvəlki görkəmdə, formada bərpa edildi, yenidən hazırlandı. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur, bu il hazır olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR