Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirəcək

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Qazaxıstanın Almatı şəhərində davam etdiriləcək.

Metbuat.az xəbər verir ki, nazirlər “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə müzakirələri davam etdirəcəklər.

Qeyd edək ki, nazirlər arasında danışıqlar dünən başlayıb. İlk raundda müzakirələr 4 saat çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı