Mourinyo "Fənərbaxça"ya razılıq verib - ​Əziz Yıldırım böyük planı açıqladı

Əziz Yıldırım "Fənərbaxça"nın prezidenti postuna namizədliyini elan edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, məqsəd "Fənərbaxça"nı daha böyük klubların sırasına daxil etməkdir. Əziz Yıldırım prezident seçiləcəyi təqdirdə nüfuzlu məşqçi gətirəcəyinə dair açıqlama verib.

“Bundan sonra “Fənərbaxça”nın məşqçi siyasəti ilə bağlı “Bizim uşağımızdır” deyərək davam etmək lüksü yoxdur. “Fənərbaxça” böyük məşqçilərlə yarışmalıdır. Keçən həftə Joze Mourinyo ilə üz-üzə görüşdüm. Ona ““Fənərbaxça”nın sənə ehtiyacı var, sənin də “Fənərbaxça”ya ehtiyacın var” dedim. O da bunu məmuniyyətlə qarşıladı. Qalib gəlsək, Mourinyonu "Fənərbaxça"ya gətirəcəm. Nə qədər istəsə, o qədər oyunçu heyətə cəlb edəcəyik. Mourinyo "Konyaspor" - "Fənərbaxça" matçını canlı izlədiyini söylədi. "Fənərbaxça" barədə öyrənir”.

Qeyd edək ki, Əziz Yıldırımın seçkilərdəki əsas rəqibi hazırkı rəhbər Əli Koçdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı