Marketlərdə bu məhsul bahalaşacaq

Rusiya daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi ilə şəkər ixracını müvəqqəti dayandırıb. Məhdudiyyət bu il avqustun 31-dək qüvvədə olacaq. Bu qərar ölkəmizdə şəkər tozu qiymətinə təsir edəcəkmi?

Metbuat.az mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərlinin fikirlərini öyrənib. İqtisadçının sözlərinə görə, Rusiyada verilən bu tip qərarlar həmişə Azərbaycan bazarına təsir göstərib:

"Bundan öncə də Rusiyada buğda, şəkər tozu, un məmulatları ilə bağlı bu cür qərarlar qəbul olunub. Bu hal Azərbaycanda da qiymətlərə təsir edib. Təəssüf ki, biz bir çox hallarda şəkər tozunun bir hissəsini Rusiyadan alırıq. Rusiyada qiymət artanda, Azərbaycan bazarına da təsir edir.

Bazarda olan, yerli məhsul kimi qablaşdırılıb satılan şəkər tozu var. Amma onun xammalı Rusiyadan gəlir. Sadəcə burada qablaşdırılır. Belə olan halda da, qiymət artımı müşahidə olunacaq".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı