Lionel Messi Dünya Çempionatının finalında Fransa hesabı bərabərləşdirəndən sonra gülümsəməsinin səbəbini açıqlayıb.
Metbuat.az xəbər verir ki, o əvvəlcə həmin an qalib ola bilməyəcəklərini düşünüb:
"Mənə elə gəlirdi ki, futbol mənə bu kubokun mənim çempion olmağım üçün yaradılmadığını deyir. 2014-cü il ssenarisinin təkrarlanacağını və əsəbiləşəcəyimi hiss etdim, amma içimdən bir şey mənə dedi ki, "Oyan, axmaq! “Artıq bu sənin xəyalın deyil!” Ayağa qalxdım və “Məni heç nə dayandıra bilməz!” dedim”
Qeyd edək ki, final oyununda Argentina 2-0 hesabı ilə irəlidə olsa da, Fransa hesabı bərabərləşdirib. Əlavə vaxtda tərəflər daha bir qol vurublar. Lakin Argentina penalti zərbələrini daha dəqiq yerinə yetirərək, qalib olub.